Ölkə futbolu

Ərəblər “Neftçi”yə kömək edə bilər

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatıma görə, rumıniyalı baş məşqçi “ağ-qaralar”ı tərk edə bilər. Ona Qətər klublarından da təklif var.

“Neftçi”də uğursuz mövsüm keçirən Rege ilə yolların ayrılması istənsə də, təzminat məsələsinə görə rəhbərlik onu göndərə bilmir.

Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43