22 İyul 2026
Dünya futbolu

19 yaşlı futbolçu “Milan”da – RƏSMİ

“Milan” 19 yaşlı hücumameyilli yarımmüdafiəçi Alfadjo Sisseni “Verona”dan transfer edib.

İdmanxeber.az xəbər verir ki, “rossonerlər” bu keçid üçün 8 milyon avro ödəyəcək, müqavilədə əlavə 1,5 milyon avro bonus da nəzərdə tutulub.

Sisse yayda “Milan”a qoşulacaq. O, mövsümün sonuna qədər icarə əsasında “Katandzaro”da çıxış edəcək.

Gənc futbolçu A Seriyası B-də 21 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43