Ötən mövsüm “Çelsi” ilə oyunda İvanoviçin qolunu dişlədiyi üçün 10 oyunluq cəzalanan “Liverpul”un futbolçusu Luis Suarezin cəzası bitib.
“Mersesaydlılar”ın baş məşqçisi Brende Rocers, Suarezin böyük ehtimalla, “Mançester Yunayted”lə oyunda meydana buraxacağını bildirib.
Qeyd edək ki, bir müddət öncə “Arsenal” futbolçunu transfer etmək üçün “Liverpula”a 30 milyon funt-sterlinq təklif etmişdi, amma futbolçu klubunda qalmağı üstün tutdu.