"Barselona"nın argentinalı futbolçusu Xavier Maskerano zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Beləliklə, Maskerano Çempionlar Liqasında "Seltik"lə oyunda forma geyə bilməyəcək.
Xatırladaq ki, La Liqada "Real Sosyedad"la matçında 35-ci dəqiqəsində zədələnən müdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.