Az öncə başa çatan “İnter” – “Neftçi” matçından sonra xoşagəlməz hadisələr yaşanıb.
İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, paltardəyişmə otağında hər iki komandanın futbolçuları sözün əsl mənasında yumruq-təpik davasına çıxıblar. Davanı başladan “Neftçi” tərəfi olub.
Klub rəsmilərinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, matç “İnter”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.