“Neftçi”nin sabiq fiziki hazırlıq üzrə məşqçisi Mehmet Ak idmanxeber.com-a açıqlamasında Mustafa Dənizlinin “Xəzər Lənkəran”a təyin olunmasına münasibət bildirib.
"Mustafa Dənizli türk dünyasının ən önəmli 3 məşqçisindən biridir. Onun uğur qazanması üçün lazımi şərait yaradılmalıdır. Bu il, qarşıdakı ilin komandasını qurmalıdır".
Bundan əlavə, türkiyəli məşqçi İbrahim Toraman və Necati Ateşin "Xəzər Lənkəran"a transfer olunacağı barədə yayılan xəbərlərə də münasibət bildirib:
"Sadəcə iki futbolçu ilə düzələn iş deyil, bu. Məncə "Xəzər Lənkəran"ın güclü bir qapıçıya ehtiyacı var".