22 Dekabr 2024
Ölkə futbolu

180 oyunda 432 qol

Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda qapılara 16 qol vurulub. 

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, orta məhsuldarlıq 3,2-yə bərabər olub.

Ümumilikdə isə mövsüm ərzində 180 qarşılaşmada 432 qol qeydə alınıb. Çempionatın məhsuldarlığı 2,4 top olub. 12-ci turda 22 qolla rekord, 8-ci turda 2 qolla antirekord qeydə alınıb. “Qarabağ” hamıdan çox – 66 dəfə fərqlənib. Ən az qol vuran isə “Rəvan”dır – 22 qol. Sonuncular həm də hamıdan çox – 66 qol buraxıb. Çempion isə ən az – 21 topa üzülüb.

Çempionat ərzində meydan sahibləri 76, qonaqlar 54 qələbə qazanıb. 50 görüş heç-heçə başa çatıb. Ev sahibləri 244 qol vurub və 88-ni buraxıb. “Qarabağ” 40 xalla ən yaxşı ev, “İnter” 38 xalla ən yaxşı səfər komandası olub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43