Azərbaycan təmsilçisi “Sabah” Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxır.
İdmanxeber.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada “KuPS”un qonağıdır. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
Bu komandalar arasında ilk oyun “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
19:00. “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) – 0:2
Qol: Velko Simiç, 53, Coy-Lens Mikels, 70
Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)
VAR: Daniel Bar Natan
AVAR: Eitan Şumelevitz

