Azərbaycan milli komandasının üzvü Vüqar Nadirov ABŞ-a getməməyi ilə bağlı sosial şəbəkələrin birində paylaşım edib.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın üzvü bunları qeyd edib:
“Mənim pis xəbərim var. Mən ABŞ-a gedə bilmədim. Dünən AFFA rəsmiləri bildirdilər ki, ayağımla problemim olmasa, məni aparacaqlar. Ancaq sonra dedilər ki, sən gəlməsən, daha yaxşı olar. Ayağımda ağrılar var. Mənə dedilər ki, zədə ağırlaşa bilər. Mən özüm getmək istəyirdim. Ancaq mənə icazə vermədilər. Komandanı evdən dəstəkləyəcəyəm. Allah qoysa, yaxşı nəticə ilə qayıdarlar”.