22 Dekabr 2024
Milli komanda

Maksim Demençuk millidən kənarlaşdırılıb

Maksim Demençuk bir müddət əvvəl AFFA-ya müraciət edərək Azərbaycanla bağlılığı olduğunu bildirmiş və milli komandanın heyətində oynamaq istədiyini qeyd etmişdi.

İdmanxeber.com-un məlumatına görə,  AFFA tərəfindən U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət olunan futbolçu məşqçilər tərəfindən bəyənilsə də,  onun Azərbaycan milli komandasının şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb. Bu səbəbdən Maksim Demençuk toplanışdan kənarlaşdırılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43