“Qalatasaray”lı qapıçının performansı hər kəsi təccübləndirir.
İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”da forma geyinən Fernando Muslera bu il anti-rekordla yadda qalıb. Uruqvaylı qapıçı son 10 rəsmi görüşdə qapısından 24 top buraxıb. Qolkiper oktyabr ayından bəri çıxdığı Uruqvay millisi və “sarı-qırmızılı” komanda ilə birlikdə bütün matçlarda qapısında qol görüb.
Qeyd edək ki, “Qalatasaray”la keçirdiyi ilk mövsümündə 18 oyun qapısında top görməyən Muslera rekorda imza atıb və “Aslanlar”ın tarixinə düşməyi bacarıb.