24 Dekabr 2024
Kateqoriyasız

Ermənilər həftəsonu Bakıya gəlir

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan və MOK-un İdarə heyətinin rəhbəri Vaqinak Qalstyan noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcəklər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Ermənistan MOK-un mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı, vacib məsələ – ilk Avropa Oyunlarının keçirilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, Bakıda ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43