“Avro-2016”nın seçmə mərhələsində martın 28-də millimizlə qarşılaşacaq Malta yığması bu gün Gürcüstanla yoxlama görüşü keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, Malta millisinin baş məşqçisi Pietro Qedin Gürcüstanla keçiriləcək yoxlama oyunu üçün təşkil olunan mətbuat konfransında bir sıra məqamlara toxunub:
“Bu, bizim üçün çox vacib oyundur. Futbolçularımızın hansı vəziyyətdə olduğunu müəyyən edəcəyik. Bizim öz oyun üslubumuz var. Gürcüstan yığmasına qarşı görüşdə ənənəvi oyunumuzu sərgiləməliyik. Azərbaycanla qarılaşmanı da düşünməliyik. Ümid edirəm ki, zədəli olan dörd futbolçumuz bu matça qədər sağalacaq”.

