Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Zaqatalada keçiriləcək. Burada avrokubokları hədəfləyən "Simurq" AZAL-la münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
Lənkəranda "Xəzər Lənkəran" "Sumqayıt"ı, "Bakcell Arena"da "Neftçi" "Bakı"nı sınağa çəkəcək.
Tura sabah keçiriləcək "Qarabağ" – "İnter" matçı ilə yekun vurulacaq.
27-ci tur
1 aprel (çərşənbə)
17:00. “Xəzər Lənkəran” – “Sumqayıt” 3:2
Qollar: 10' [0-1] Slavik Alxasov
, 30 ' [1-1] Rasim Ramaldanov
, 63 ' [2-1] Ruslan Poladov
, 69' [2-2] Aleksandr Çertoqanov
, 87 ' [3-2] Adrian Skarlatake ![]()
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Neftçi” – “Bakı” 2:0
Qollar: 42 ' [1-0] Nikolas Kanales
, 65 ' [2-0] Julius Vobay ![]()
Bakı. “Bakcell Arena”.
15:00. “Simurq” – AZAL 1:0
Qol: Çeran, 37 (pen)
Zaqatala şəhər stadionu.
2 aprel (cümə axşamı)
18:00. “Qarabağ” – “İnter”
Bakı. “Bakcell Arena”.

