Premyer Liqada çətinliklə tab gətirən, problemlərin baş alıb getdiyi “Bakı” yeni mövsümdən divizionda mübarizə aparacaq.
İdmanxeber.com–un etibarlı mənbədən əldə etdiyi məlumata görə, paytaxt klubu artıq divizionla bağlı planlarını qurur.
“Zolaqlılar”ın sahibi Hafiz Məmmədov açıqlamalarında “Bakı”nın Premyer Liqada yeni mövsümdən çıxış edəcəyini bildirsə də, əslində bu belə deyil. Klub sahibi komandaya yaxın belə durmur.
“Bakı” divizionda mübarizə aparacağından futbolçulara bu haqda məlumat verib. Futbolçular da öz növbəsində klub axtarışına çıxıblar. Komanda rəhbərliyi “Bakı”dan ayrılacaq futbolçulara problem yaratmayacağını da vurğulayıb.

