“Neftçi”nin futbolçusu Araz Abdulleyev “Sumqayıt”la oyundan qeydə alınan heç-heçəni (2:2) şərh edib.
Abdullayev idmanxeber.com-a açıqlamasında bunları deyib:
“Çətin oyun keçdi. İlk hissədə qırmızı vərəqə almağımız öz sözünü dedi. Buna baxmayaraq ikinci hissədə komanda toparlana bildi.
İstərdik qələbə qolunu da vuraq, amma alınmadı. Əsas odur ki, doğma meydanda məğlub olmadıq. İkinci hissədə komandamız xarakter göstərdi və bərabərlik qolunu vurduq. Çalışırıq ki, hər oyundan xal toplayaq və mövsümü yüksək yerdə tamamlayaq. Fikirimcə, 10 nəfərlə pis oynamadıq. “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır. Əksər futbolçuları gələcək vəd edir. Bizə qarşı da yaxşı mübarizə apardılar”.