“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov “Qarabağ”la oyunda qaznaılan 1 xalı şərh edib.
İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı matçdan sonra bunları deyib:
“Maraqlı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi. Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. “Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır”.

