27 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin yeni transferi: “Yerimdə saymağı xoşlamıram”

“Qəbələ”yə gəldiyimə görə çox şadam. İnanıram ki, yeni komandamda inkişaf edəcək və onun hədəflərinə çatmasında yardımçı olacağam. “Qəbələ” gələcək üçün böyük planları olan, yaxşı təşkilatlanmış komandadır. Mən də bir futbolçu kimi yerimdə saymağı xoşlamıram. Birlikdə uğurlar qazanacağımıza inamım böyükdür”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni futbolçusu Vitali Vernidub klubun saytına  deyib.

Ukraynalı müdafiəçi “qırmızı-qaralar”ı seçməsində baş məşqçi Roman Qriqorçukun böyük rol oynadığını bildirib. Vernidub qarşıda “Qəbələ”ni gözləyən Avroliqa sınağı barədə fikirlərini də bildirib:

“Qəbələnin kiçik, amma çox gözəl şəhər olduğunu bilirəm. Orda hər cür şəraitə malik bazanın yaradıldığından xəbərdaram. “Qəbələ”ni seçməkdə baş məşqçi Roman Qriqorçukun böyük rolu oldu. Daha öncə Zaparojye “Metallurq”unda yollarımız kəsişmişdi. Bir müddət onun rəhbərliyi altında çıxış etmişəm və onun bir məşqçi kimi gücünə bələdəm. Komandada ukraynalı futbolçuların da olması komandaya tez uyğunlaşmağıma yardımçı olacaq”.

Vernidub deyib ki, qarşıda  onları Avropa Liqası sınağı gözləyir:

“Əgər söhbət Avropa miqyaslı turnirdən gedirsə, deməli oyunlar çox məsuliyyətli və çətin olacaq. Bunu kollektiv olaraq yaxşı başa düşürük. Gücümüzü bir yerə qoyub səylə məşq edirik ki, sözügedən turnirdə mümkün qədər irəli gedək. Azarkeşlərimizin də bu yolda bizə dəstək olacağına inanıram.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43