Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar” Ərzurumun U-21 komandası ilə qarşılaşıb. Bu oyunda Roman Qriqorçukun komandası 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin hər iki qolunu ukraynalı yarımmüdafiəçi Aleksey Qay (3-cü və 55-ci dəqiqə) vurub.
“Qırmızı qaralar” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.