İtaliyanın “Yuventus” klubu növbəti transferini reallaşdırmaq üzrədi.
İdmanxeber.com-un məlumatına görə, İtaliya klubunun rəsmi “twitter” hesabında yayılan xəbərdə deyilir ki, xorvatiyalı forvard artıq Turindədi. Yaxın vaxtlarda xorvatiyalı hücumçu ilə müqavilə imzalanacaq.
“Qoca sinyora” Mandjukiç üçün ispanlara 18 milyon avro ödəyəcək. Forvardın özü isə yeni komandasında ilinə 3,5 milyon avro qazanacaq.