Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda “Neftçi”nin qonağı olacaq “Mladost” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Podqoriça təmsilçisinin hücumçusu Marko Skepanoviç zədə səbəbindən sabah “Neftçi”yə qarşı oynaya bilməyəcək.
32 yaşlı futbolçu Bakıya gəlsə də, onun sabah meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Mladost” oyunu saat 21:00-da başlayacaq.