Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” – “Kəpəz” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının sonuncudan əvvəlki – 21-ci turunun bir oyunu ilə də bağlı qərar çıxarılıb. Belə ki, həmin turun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan”ın futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” 1000 manat cərimə olunub.