29 Dekabr 2024
Kateqoriyasız

Dənizlidən “Qalatasaray” rəhbərliyinə böyük jest

“Qalatasaray” klubu baş məşqçi Mustafa Dənizli ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb məşqçinin uğursuz oyunlar keçirməsi olub.

Təcrübəli mütəxəssis klub rəhbərliyinin gözləmədiyi jesti edib. “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı haqqı olan puldan imtina edib.

Belə ki, Dənizli ilə 4.5 milyon dollarlıq il yarımlıq müqavilə imzalanmışdı. Müqaviləyə əsasən mütəxəssis klubdan ayrıldığı zaman rəhbərlikdən 625 min dollar tələb edə bilərdi. Lakin, o bu məbləğdən imtina edərək klub üçün gözlənilməz jest edib.

Xatırladaq ki, “Qalatasaray”ı “Akhisar”la matça baş məqşçi kimi Orxan Atiq çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43