Londonun “Arsenal” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “topçular”ın əsas heyət üzvü Aleks Okslade-Çamberlain 2 ay yaşıl meydanlardna uzaq qalacaq. Çempionlar Liqasında “Barselona” ilə oyunun 50-ci dəqiqəsində zədələnərək sıradan çıxan futbolçunun dizində ciddi ədə aşkarlanıb.
Məhz ona görə də, “Arsenal” Aleks Okslade-Çamberlainin xidmətindən 60 gün yararlana bilməyəcək.