08 İyul 2026
Kateqoriyasız

Tuyqun Nadirov və UEFA-nın baş katibi arasında görüş olub

Bugün AFFA-nın Hesabat-Seçki Konfransı çərçivəsində “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoris arasında təkbətək görüş keçirildi.

İdmanxeber.com-un məlumatına görə, görüş zamanı qitə futbol qurumunun rəsmisinə “Xəzər Lənkəran” haqqında ətraflı məlumat verilib, klubun tarixi, infrastrukturu, fəaliyyəti, eləcə də akademiyanın nailiyyətləri barədə ətraflı məlumat verilib.

Cənab Teodoris Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gələcəyini bildirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43