Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Çempionlar Liqasında olduğu kimi Avropa Liqasında da İspaniya 1/4 finalda 3 klubla təmsil olunacaq. Almaniya, İngiltərə, Portuqaliya, Ukrayna və Çexiyanı isə hərəyə bir komanda təmsil edəcək.
Avropa Liqasında 1/4 finalın cütlükləri:
"Braqa" (Portuqaliya) – "Şaxtyor" (Donetsk, Ukrayna)
"Vilyareal" (İspaniya) – "Sparta" (Çexiya)
"Atletik" (Bilbao, İspaniya) – "Sevilya" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) – "Liverpul" (İngiltərə)
Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın ilk oyunları aprelin 7-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

