"Oyunun əvvəlləri mənin üçün bir az çətin idi. Çünki çoxdandır oynamırdım. Komanda yoldaşlarım isə uzun müddətdir birgə oynadıqlarından onlara daha rahat idi. Amma oyunun gedişində mən də alışdım və meydandan qalib ayrıldıq".
Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Qarabağ"ın futbolçusu Reynaldo deyib.
Ağdam klubunun braziliyalı oyunçusu daha sonra sözlərinə belə davam edib:
Komandada mənə bu haqda məlumat veriblər. Sosial şəbəkələrdən də öyrənirəm ki, nələr baş verir. Yalnız onu deyə bilərəm ki, bu cür hadisələr olduqca məyusedicidir. Sevindirici tərəf odur ki, olaylar artıq bitmişdi. Yəni, həm məyusam, həm də sevinirəm. Təbii ki, hadisələr dünya mediasına çıxdığından, Braziliyadan da mənimlə əlaqə yaratdılar, vəziyyətimin necə olduğunu soruşdular. Yalnız bu cür suallar oldu".

