“Yarışın son mərhələ çox çətin oldu. Sona 1 kilometr qalmış sprintə çıxdıq. Yekunda istəyimə çatdım. Təbii ki, qalib gəldiyim üçün çox şadam. Daha əvvəlki mərhələlərdə ilk “üçlük”də olsam, qalib gələ bilməmişdim”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tour d`Azerbaidjan-2016”nın IV mərhələsinin qalibi, “Nasr-Dubai” klubunun üzvü Luka Vakermann deyib.
4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini əlıə keçirən Markus Eybeger isə mərhələni belə dəyərləndirib: “Mərhələnin gedişində liderliyi qoruyub saxlamaq çətin oldu. Son 10 kilometrdə komandamızdan 2 nəfər geridə qaldı. Rəqiblərdən çox hücum oldu”.
Eybeger sabah Bakıda baş tutacaq V mərhələdən də söz açıb: “Güman edirəm ki, maraqlı olacaq. Daşlı yolda, eləcə də üzüyuxarı yoxuş olan yerdə mübarizə gərgin olacaq”.

