17 İyul 2026
Kateqoriyasız

Madrid klubunun futbolçuları qəsdən uduzub?

İspaniya La Liqasında keçirilən “Rayo Valyekano” – “Real Sosyedad” (1:2) oyununda birincilərin futbolçularının mərc kontorunda iddia yazdıqları deyilir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Marca” qəzeti yazıb.

Mənbədə deyilir ki, İspaniya Peşəkar Futbol Liqası bu məsələni araşdırmağa başlayıb. “Rayo Valyekano”nun həmin matçda qəsdən uduzduğu iddia olunur. Madridlilərin Primeroda qalması üçün bu matç son şans idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43