07 İyul 2026
Kateqoriyasız

Uesli Sneyder zədələndi

“Qalatasaray”ın futbolçusu Uesli Sneyder zədələnib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “Voetbal İnternational” nəşri yazıb.

Hollandiyalı futbolçu “Fənərbaxça” ilə dünən keçirilən kubokun final görüşündə (1:0) zədə alıb.

Fasilədən sonra əvəzlənən 31 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Lakin onun yoldaşlıq görüşlərində Hollandiya millisinə kömək edə bilməyəcəyi dəqiqləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43