22 Oktyabr 2024
Kateqoriyasız

İngiltərə – Rusiya: hakimlər bəlli oldu

AVRO-2016-nın B qrupunda keçiriləcək İngiltərə – Rusiya oyununun hakimləri bəlli olub.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçı Nikola Ritsolinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Ona Elenito Di Liberatore, Mauro Tonolini, Canluka Kariolato, Luka Bantin və Antonio Damato kömək edəcək.

Qeyd edək ki, iyunun 11-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43