22 Oktyabr 2024
Kateqoriyasız

Millidə ilk qolunu Azərbaycana vuran İbrahimoviç karyerasını başa vurdu

İsveç yığmasının kapitanı və Fransanın PSJ klubunun sabiq üzvü Zlatan İbrahimoviç milli ilə vidalaşıb.

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu bunu Belçika ilə dünənki qarşılaşmadan əvvəl açıqlayıb.

Avropa çempionatının qrup mərhələsində uğursuz çıxış edən isveçlilər son olaraq Belçikaya da (0:1) məğlub olaraq mübarizəni dayandırıblar. Dünənki qarşılaşma isə Zlatanın milli formada son oyunu olub.

2001-ci ildən İsveç millisinə çağırılan Zlatan İbrahimoviç 2002 və 2006-cı illərdə dünya, 2004, 2008, 2012 və 2016-cı illərdə isə Avropa çempionatında iştirak edib. Millidə ilk qolunu Azərbaycan yığmasının qapısından keçirən 34 yaşlı forvard ümumilikdə 116 dəfə meydana çıxıb, 62 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43