22 Oktyabr 2024
Kateqoriyasız

“Zirə” albaniyalı futbolçu transfer etdi

Topaz Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi albaniyalı yarımmüdafiəçi Cerhard Proqni ilə müqavilə imzalayıb.

Ölkəsinin “Skenderbeu” klubundan gələn 29 yaşlı futbolçu iki illik anlaşmaya imza atıb. Cerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib

Qeyd edək ki, “Zirə” buna qədər Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Hacıyevi heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43