22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”dən böyükhesablı qələbə

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, komandanın bu dəfəki rəqibi də Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” klubu olub.

Matç “Neftçi”nin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş 2:1 hesabı ilə Afrika təmsilçisinin xeyrinə başa çatıb.

23 iyun

Yoxlama oyunu

19:00. “Neftçi” – “SİBM Traning Center” – 3:0

Qollar: Rəhman Hacıyev, 11 (1:0), Araz Abdullayev, 22 (2:0), 90 (3:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43