22 Oktyabr 2024
Kateqoriyasız

“Qəbələ”: İstirahət bitdi, məşqə davam

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın “Samtredia” klubu ilə iyunun 30-da Bakıda keçirilən ilk oyundan (5:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” dünən məşqlərini bərpa edib. 

Bakıda bir araya gələn komanda günü iki məşqlə başa vurub. Günün ilk yarısında fiziki hazırlıq keçən futbolçular axşam saatlarında toplu çalışmalara üstünlük verib. Hər iki məşq paytaxtda keçirilib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Günün ikinci yarısına təsadüf edəcək məşq prosesi Bakıda olacaq.

Xatırladaq ki, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Samtredia” – “Qəbələ” matçı iyulun 7-də keçiriləcək. Zestafonidəki David Abaşidze adına stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43