22 Oktyabr 2024
Kateqoriyasız

“Qvardiola dünyanın ən yaxşı məşqçisidir”

“Borussiya Dortmund”dan “Mançester Siti”yə transfer olan İlkay Gündoğan komandasının baş məşqçisi Pep Qvardiolayla bağlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, türk əsilli alman futbolçu Qvardiolanı tərifləyib:


“Onu Almaniyada oynayandan bəri tanıyıram. Peplə çalışmaq mənim üçün böyük şansdır. Biz onunla bir neçə dəfə danışdıq və məni yaxşı motivasiya etdi. O, dünyanın ən yaxşı məşqçisidir. Əsas məqsədimiz avqust-sentyabr aylarına qədər hazır olmaqdı”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43