Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizə aparan təmsilçimiz “Kəpəz”in matçını idarə edəcək hakimlər briqadası bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, “Daçia” – “Kəpəz” matçını Gürcüstandan olan ədalət qoruyucuları idarə edəcəklər.
7 iyul. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu:
“Daçia” (Moldova) – “Kəpəz” (Azərbaycan)
Hakimlər: Laşa Silaqava (baş hakim), Zaza Mentaşaşvili, Levan Todria (köməkçiləri), Goga Kikaçeişvili (4-cü hakim)
mənbə: affa.az