15 İyul 2026
Ölkə futbolu

“Düdelanj” – “Qarabağ” matçının başlama saatı bəlli olub

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Düdelanj” – “Qarabağ” matçının başlama saatı bəlli olub.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 20-də Lüksemburqda “Yos Nosbaum” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43