12 İyul 2026
Dünya futbolu

Əfsanəvi qapıçı milli komandanı tərk etdi

Çexiya millisinin əfsanəvi qapıçısı sayılan Petr Çex milli komandadakı karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, 2002-ci ildən bu yana Çexiyanın qapısını qoruyan 34 yaşlı qolkiper yalnız klub karyerasına davam edəcək.

Qeyd edək ki, Çex 2004-cü ildə millinin heyətində “Avro-2004″də yarımfinal həyəcanı yaşayıb. Qapıçı hazırda “Arsenal”da forma geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43