Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ölkə çempionu "Qarabağ" da turnirdə ilk matçına çıxacaq. Ağdam təmsilçisi Lüksemburq çempionu "Düdelanj"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.
12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:00. "Qarabağ" (Azərbaycan) 2-0 "Düdelanj" (Lüksemburq)
Qol: Riçard Almeyda 10(pen.), 27
Baş hakim: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

