07 İyul 2026
Kateqoriyasız

“Qəbələ”dən növbəti qələbə (YENİLƏNİB)

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizdən "Qəbələ" də növbəti matçına çıxacaq.

Əyalət klubu Macarıstanda MTK-nin qonağı olacaq.  Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.

14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

22:30. MTK (Budapeşt, Macarıstan) 1-2 "Qəbələ" (Azərbaycan)
Qol: Torgelle 70 –  Nika Kvekveskiri 25, Filip Ozobiç 63.

Baş hakim: Boyan Pandjiç

Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom

Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)

Dyör şəhəri. "Dyirmoti" stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43