21 İyun 2026
Ölkə futbolu

AZAL 1-ci divizion klubu ilə bacarmadı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Qaradağ Lökbatan” komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, ötən mövsümü ikinci yerdə başa vuran komanda iyulun 30-da növbəti yoxlama oyunu keçirib. Lökbatanlılar AZAL ilə ilə qarşılaşıb. 

“Azal Arena”da keçirilən matçda qalib müəyyənləşməyib – 1:1. “Qaradağ Lökbatan”ın qolunu Sabir Allahquliyev vurub.

Qeyd edək ki, “Qaradağ Lökbatan” bu gün saat 18:00-da, Bakı Olimpiya Stadionunun yardımçı meydançasında “İnter” komandası ilə növbəti yoxlama oyununa çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43