“Komandamız gözəl oynadı. “Qarabağ”ın təsəlli verəcək durumu yoxdu. Mən futbolu azarkeş kimi izləyirəm. Bu oyun “Qarabağ”ın haqqı idi. Təəssüf ki, qol imkanlarını boşa verdik. Əsas odu ki, avrokuboklarda mübarizəmiz davam edir”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Ağdam klubunun azarkeşi olan Qənirə xanım daha sonra sözlərinə belə davam edib:
“Qarabağ”a dövlətin dəstəyi hər zaman var. Dövlət bu yöndə dəstəyini komandadan əksik etmir. Gələcəyə doğru bu dəstək daha artacaq. Ancaq azarkeşlərin də dəstəyinin artması lazımdı. Sizin özünüz də xarici klubları izləyirsiniz. Bilirsiz ki, həmin klubların ayaqda qalmasında azarkeşlərin müstəsna rolu var. Elə anlar olur ki, komanda çöküş anını yaşayanda azarkeşlər onu ayaqda saxlayır. Çox şükür ki, “Qarabağ”ın belə bir problemi yoxdu. Bu gün azarkeşlərə baxıb sevindim. “Qarabağ”ı çox yaxşı dəstəklədilər. Bu dəstəyi hər zaman etmək lazımdı. Ancaq bir durum heç xoşuma gəlmədi. Matçın 85-ci dəqiqəsində bəzi azarkeşlər stadionu tərk etməyə başladı. Komandanın yanında olan adam final fitinə qədər stadionda, tribunada olmalıdı”.

