“Artıq oyuna hazırıq. “Höteborq”la oyuna yaxşı hazırlaşmışıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı sabahkı oyunda hücum futbnoplu sərgiləyəcəklərini gizlətməyib:
“Müdafiədə diqqətli olmalıyıq. Sabah hücumda oynayacağıq. Amma müdafiəni də unutmamalıyıq. Rəqibi öz cərimə meydanımızdan uzaq tutmağa çalışacağıq. İsveçdə 2 hücum oldu, birində qol vurdular. Daha aqressiv və sürətli olmalıyıq. Komanda çox geridə müdafiə olunursa, orda sürəti artırmaq çətindi. Çalışacağıq topun sürətini artıraq, boş sahələrdən istifadə edək”.
Qurbanov daha sonra sözlərinə belə davam edib:
“Qalib gəlmək üçün ilk dəqiqələrdən qol vurmalıyıq. Gecikməli deyilik. Futbolda belə bir şey yoxdu ki, 60-70-ci dəqiqədən sonranı gözləyim. Bəzən 10 şansdan yararlana bilmirsən, son dəqiqədə vurursan. Bəlkə erkən qol vursaq, daha çətin olacaq. İlk dəqiqələrdən şanslardan maksimum yararlanmağa çalışacağıq”.

