08 İyul 2026
Dünya futbolu

Rusiya klubu da UEFA-da cəza aldı

UEFA tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan Rusiyanın “Rostov” klubu cəzalandırılıb.

 

İdmanxeber.com-un məlumatına görə, buna səbəb yerli azarkeşlərin pley-offun cavab matçı çərçivəsində “Ayaks”la keçirilən oyunda irqçi şüarlar səsləndirməsi olub.

 
Buna görə də “Rostov”un evində PSV ilə oynayacağı matçda 500 nəfərlik A tribunası azarkeşlərin üzünə bağlanılacaq. Bundan başqa rusların 4:1 qələbə qazandığı matçda birbaşa qırmızı vərəqə alan Fedor Kudriaşovun da cəzası açıqlanıb. O, növbəti üç oyunda təcrübəli müdafiəçi “Rostov”a kömək edə bilməyəcək.
 
Qeyd edək ki, “Rostov”un qrupda digər rəqibləri “Bavariya” və Madrid “Atletiko”sudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43