“Anderlext” çox güclü heyətə malik komandadı. Bu futbolçularla həm daxili çempionatda, həm də Avrokubokda uğurlu çıxış edə bilərik”.
İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, bunu “Anderlext”ni baş məşqçisi Rene Veyler deyib.
Yayda komandanın “sükanı arxası”na keçən Veyler hədəflərindən danışıb: “Mənim öz prinsiplərim var. Hər zaman çalışdırdığım komandaların hücum futbolu göstərməsini və top-klublar kimi oynamasını arzulamışam. Fikrimcə, “Anderlext” bunu bacaracaq gücdədi”.
43 yaşlı çalışdırıcı “Qəbələ” ilə görüşə də toxunub. O bildirib ki, doğma azarkeşləri önündə qələbə qazanmaq şansları yüksəkdi: “Bizim üçün Avrokubok macərası indi başlayır. Yay fasiləsində heyətdə ciddi dəyişikliklər olduğundan, komandanın oyununu tapması müəyyən vaxt ala bilər. Amma bizim elə çox zamanımız yoxdu. “Qəbələ” ilə görüşdə bu problemi hiss etdirməməliyik. Meydana yalnız qələbə üçün çıxacağıq. Get-gedə yaxşı forma yığacağımıza və Avropa Liqasında daha uzağa gedəcəyimizə inanıram”.
Qeyd edək ki, sabah “Konstant Vanden Stok” stadionunda keçiriləcək “Anderlext” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

