“Yuventus”un eks futbolçusu Andrea Pirlo “qoca senyora”nın Pol Poqbanı 110 milyon avroya “Mançester Yunayted”ə satmasını düzgün addım kimi qiymətləndirib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbol bilicisi bunları deyib:
“Kimin transfer olunmasına baxsaq bu, “Yuventus” üçün düzgün qərar idi. Belə ağıllı transfer fəaliyyətindən sonra klub istənilən turnirdə qalibiyyətə hazırdır. Kənardan baxanda İtaliya çempionatı elə də pis deyil. Amma transfer pəncərəsi “Yuventus”un digərlərindən bir baş üstün olduğunu göstərdi. İndi vəziyyət Fransadakı kimidir. “Yuve” də PSJ kimi ayrıca liqada oynayır. Hər halda, transfer pəncərəsindən bunu müşahidə etmək olardı”.

