İrlandiyanın futbol ictimaiyyəti şok xəbərlə sarsılıb.
İdmanxeber.com-un məlumatına görə, “Derri Siti” klubunun kapitanı Rayan MkBrayd evində ölü halda tapılıb. Bu barədə məlumatı İrlandiya Futbol Federasiyası yayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu liqada “Droxeda Yunayted” üzərində 4:0 hesablı qələbədən sonra özünü yaxşı hiss etmədiyini deyib, bu səbəbdən evə getmək istədiyini bildirib.
Sonradan evində halı daha da pisləşən kapitan dünyasını dəyişib.