08 İyul 2026
Ölkə futbolu

Dani Kintana “Şerif”ə qarşı oynayacaqmı?

Uzun müddətdir ki, zədəli olan “Qarabağ”ın futbolçusu Dani Kintana ÇL-in III təsnifat mərhələsinin “Şerif”lə oyunlarının yalnz birində iştirak edə bilər.

Bu barədə İdmanxeber.com-a açıqlamasında futbolçu özü məlumat verib. İspaniyalı yarımmüdafiəçi bildirdi ki, iki gün sonra Bakıda baş tutacaq ilk görüşdə iştirak edə bilməsə də, cavab matçına qədər hazır olacaq:

“İlk matçda iştirak etməyəcəyim dəqiqdi. Ancaq cavab matçına kimi hazır olacam”.

Qeyd edək ki, tərəflər arasında ilk görüş iyulun 25-də, cavab qarşılaşması isə bir həftə sonra Moldovada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43