Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Səbail” evdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.
Idmanxeber.com-un məlumatına görə, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev oyunla bağlı fikirlərini bildirib:
– Minumum 1 xal üçün çıxmışdıq. Böyük fasilə yaranmışdı, oyun praktikası baxımdan əziyyət çəkirdik. Ustalıq səviyyəsi öz sözünü dedi.
– “Qarabağ” və “Qəbələ”də səviyyə fərqi dediyiniz kimi bilinir. Bəs, digər klublara qarşı yaxın gələcəkdə planlarınız nədi?
– Problemlərimiz çoxdu. Sıfırdan yaranmış komandadı. Heyətdə problemlərimiz var, vaxt lazımdı. Qarşımıza böyük məqsədlər qoyulmayıb. Heyətimiz genişdi, yeni oyunçulara şans verəcəyik.
– “Qəbələ”nin çalışdırıcsı Roman Qriqorçuk hakimlikdən şikayətləndi. Siz referilərin idarəçiliyindən razısınız?
– Bu haqda ancaq videotəkrardan sonra demək olar. Məncə, kobud səhvə yol vermədilər.
– Əgər yaş limiti olmasaydı, Pərviz Qaraxanovu əvəz edərdiniz?
– Çox güman ki, növbəti matçda dəyişiklik edəcəm.

